İstanbulda məhkəmə zamanı atəş açılıb, 2 nəfər yaralanıb - YENİLƏNİB

İstanbulda məhkəmə zamanı atəş açılıb, 2 nəfər yaralanıb - YENİLƏNİB Onlardan birinin vəziyyəti ağırdır
Region
24 Avqust , 2017 14:00
İstanbulda məhkəmə zamanı atəş açılıb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 24 avqust. REPORT.AZ/ İstanbulda Anadolu Məhkəməsinin dəhlizində iki tərəf arasında mübahisə yarandığından binadan çıxarılıblar. 

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu zaman yoldan keçən avtomobildən mübahisə edən tərəflərə açılan atəş nəticəsində 2 nəfər yaralanıb. 

Onlardan birinin vəziyyəti ağırdır. 

Avtomobildə üç şübhəlinin olduğu və onların hadisə yerindən qaçdıqları bildirilir. 

Onların tutulması istiqamətində axtarış-əməliyyat tədbiri keçirilir.


*** 13:46

Bakı. 24 avqust. REPORT.AZ/ İstanbulda məhkəmə zalında bir kişinin odlu silahdan açdığı atəş nəticəsində 2 nəfər yaralanıb.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, atəş məhkəmə dinləməsi zamanı açılıb.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi