​İstanbulda "Marksist-Leninist Kommunist" qruplaşmasının üzvləri tutulub

​İstanbulda "Marksist-Leninist Kommunist" qruplaşmasının üzvləri tutulub Onların evlərindən tüfəng, tapança və terrorçu qruplaşmaya məxsus sənəd aşkarlanaraq, müsadirə olunub
Region
27 May , 2015 10:14
​İstanbulda Marksist-Leninist Kommunist qruplaşmasının üzvləri tutulub

Bakı. 27 may. REPORT.AZ/ Bu gün səhər saatlarında İstanbulda Təhlükəsizlik İdarəsinin Terrorçuluğa qarşı Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində 20 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, tutulanlar terrorçu "Marksist-Leninist Kommunist" qruplaşması ilə əlaqədə, habelə iğtişaş salmaqda, asayiş keşikçilərinə qarşı zor tətbiq etməkdə şübhəli bilinirlər.

Məlumata əsasən, tutulanların yaşadıqları mənzillərdə axtarış aparılıb. Axtarış nəticəsində tüfəng, tapança və terrorçu qruplaşmaya məxsus sənəd aşkarlanaraq, müsadirə olunub.

Qeyd edək ki, bu təşkilat 1994-cü il sentyabrın 10-da yaradılıb. İdeologiyası Marksizm-Leninizmdir. Radikal solçu qruplaşmanın "Kommunist Gənclik Örgütü" adlı gənclər qolu da fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi