​İstanbulda keçirilǝcǝk Beynəlxalq Humanitar Yardım Sammitinin vaxtı açıqlanıb

​İstanbulda keçirilǝcǝk Beynəlxalq Humanitar Yardım Sammitinin vaxtı açıqlanıb Zirvə Lütfü Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında baş tutacaq
Region
16 May , 2016 20:30
​İstanbulda keçirilǝcǝk Beynəlxalq Humanitar Yardım Sammitinin vaxtı açıqlanıb

Bakı. 16 may. REPORT.AZ/ Beynəlxalq Humanitar Yardım Sammiti mayın 23-24-də İstanbulda keçirilǝcǝk. 

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BMT baş katibi, Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə həyata keçiriləcək zirvə Lütfü Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında baş tutacaq.

BMT məlumatına görə, Türkiyə müasir dünyada ən çox qaçqın saxlayan ölkədir: "Türkiyə rəsmi humanitar yardımının milli gəlirə nisbəti nəzərə alınmaqla dünyanın "ən comərd" donor ölkəsidir". 

Son xəbərlər

Orphus sistemi