Yuxarı

İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərilib

Cənazələr polis maşınlarının müşayiəti ilə İstanbulun Atatürk hava limanına gətirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ İstanbulun Sultanahmet meydanında törədilən terror aktı nəticəsində həlak olan 10 Almaniya vətəndaşının cənazəsi Berlinə göndərilib.

"Report" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, turistlərin cənazələri Bakı saatı ilə 15.10-da polis maşınlarının müşayiəti ilə İstanbulun Atatürk hava limanına gətirilib və Almaniyadan göndərilən xüsusi təyyarəyə yüklənərək yola salınıb.

Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanahmet meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi