Yuxarı

İstanbulda dövlət çevrilişi cəhdi ilə bağlı 2 135 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

423 nəfər polisin nəzarəti altına verilməklə ümumilikdə 600 nəfər sərbəst buraxılıb

Bakı. 25 iyul. REPORT.AZ/ İstanbulda Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı 2 135 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.   

"Report" "İhlas" agentliyinə istinadən xəbər verir ki, hazırda 167 nəfərin dindirilmə prosesi davam edir. 

Məlumata görə, 423 nəfər polisin nəzarəti altına verilməklə ümumilikdə 600 nəfər sərbəst buraxılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi