Yuxarı

İstanbulda Boğaziçi körpüsünü bağlayan hərbçilər təslim olublar - YENİLƏNİB

Məhz həmin körpünü tanklarla bağlayaraq iğtişaş yaradan hərbçilər polisə təslim olublar

Bakı. 16 iyul. REPORT.AZ/ İstanbul Boğaziçi körpüsündə yüzlərlə vətəndaş əsgərlərin üzərinə gedərək körpünü açmağı tələb ediblər. Bu məqamda hərbçilərdən atəş açanlar olub.

"Report" xəbər verir ki, Boğaziçi Köprüsündə mərmi parçalarının dəydiyi 1 şəxs həlak olub, 2 nəfər yaralanıb. Yaralılar yerə uzanaraq kömək gözləyiblər.

*** 07:56

İstanbulda hərbi çevriliş etmək niyyəti ilə Boğaziçi körpüsünü bağlayan hərbçilər təslim oldular.

“Report” xəbər verir ki, ötən gecə məhz həmin körpünü tanklarla bağlayaraq iğtişaş yaradan hərbçilər polisə təslim olublar.

Ötən gecə Türkiyədə silahlı dövlət çevrilişi cəhdi baş tutub. 6 saata yaxın davam edən qarşıdurmalardan sonra qiyam yatırılıb, 130 nəfərə yaxın hərbçi saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi