Yuxarı
    Bağlamaq

    ​İstanbulda 4 terrorçu tutulub

    Onların qaldığı evdən silah, qruplaşmaya aid sənəd və başqa əşyalar aşkar edilib

    Bakı. 4 mart. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) məsullarından sayılan Hüseyn K. da daxil olmaqla 4 nəfər tutulub.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli Terrorçuluğa qarşı mübarizə İdarəsi məlumat yayıb.

    Məlumata görə, onların Gaziosmanpaşa rayonunda qaldığı evdə aparılan axtarış əməliyyatı nəticəsində 4 icazəsiz tapança, mindən artıq güllə, terrorçu qruplaşmaya aid çoxlu sayda şifrəli sənəd və başqa əşyalar aşkarlanaraq, götürülüb.

    Hüseyn K. əvvəllər 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Ötən gün İstanbulda çevik polis qüvvəsinə hücum edən iki terroçu qadının da bu qruplaşmanın üzvləri olduğu müəyyən edilib. Polisin "təslim ol" çağırışına tabe olmayan həmin terrorçular zərərsizləşdiriliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi