​İstanbulda 1950-ci ildən bu yana ən isti gün yaşanıb

​İstanbulda 1950-ci ildən bu yana ən isti gün yaşanıb Eyüp, Kartal və Göztəpədə havanın temperaturu 37.9 dərəcə olub
Region
7 Sentyabr , 2015 20:31
​İstanbulda 1950-ci ildən bu yana ən isti gün yaşanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-sı Türkiyənin İstanbul şəhərində 1950-ci ildən bu tərəfə yaşanan ən isti gün olub. "Report"un məlumatına görə, 3 rayonda - Eyüp, Kartal və Göztəpədə isti hava rekord qırıb. Saat 16:30-dan etibarən hər üç rayonda havanın temperaturu 37.9 dərəcə olub. Bu rəqəm 1950-ci ildə ölçülən və İstanbulun ən isti sentyabr günü olaraq tarixdə qalan 3 sentyabr 1950-ci il göstəricisini geridə qoyub. O gün ölçülən 36.6 dərəcəlik temperatur İstanbulda qeydə alınan ən isti sentyabr günü olub. 

Son xəbərlər

Orphus sistemi