İsraildə koronavirusdan ölənlərin sayı 70-i ötdü

İsraildə koronavirusdan ölənlərin sayı 70-i ötdü İsraildə koronavirus qurbanlarının sayı 71-ə çatıb.
Region
8 Aprel , 2020 10:35
İsraildə koronavirusdan ölənlərin sayı 70-i ötdü

İsraildə koronavirus qurbanlarının sayı 71-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, son sutkada virusa yoluxanların sayı daha 398 artaraq 9 404 nəfərə yüksəlib.

Qeyd edilir ki, sağalanların sayı 801 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 432 000-i ötüb. Bunların 302 303 nəfəri sağalıb, 82 114 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi