İsrail Gürcüstanın 30 vətəndaşını deportasiya edib

İsrail Gürcüstanın 30 vətəndaşını deportasiya edib Onlar fevralın 28-də İsrailin Gürcüstandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər
Region
27 Fevral , 2017 13:56
İsrail Gürcüstanın 30 vətəndaşını deportasiya edib

Bakı. 27 fevral. REPORT.AZ/ İsrail hökuməti Gürcüstanın 30 vətəndaşını ölkədən deportasiya edib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, yəhudi dövlətinin sərhədçiləri onların sənədinin turistlər üçün yaramadığını bildirib.

Deportasiya olunanlar isə sənədlərinin qaydasında olduğunu deyiblər.

İnformasiyaya əsasən, Gürcüstandan olan belə turistlər İsraildə iş axtarır, bir müddət sonra isə sığınacaq almaq üçün müraciət edirlər.

Gürcüstana deportasiya olunanlar fevralın 28-də İsrailin Gürcüstandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər. 

Son xəbərlər

Orphus sistemi