Bakı. 19 fevral. REPORT.AZ/ İŞİD terror təşkilatı fevralın 18-də Dağıstanın Kizlyar şəhərində baş vermiş silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“Report” xəbər verir ki, bu barədə terrorçuların nəzarəti altında olan KİV-lərə istinadən "Reuters" məlumat yayıb.
Bildirilir ki, terrorçuların əlində öz bəyanatlarını sübuta yetirəcək fakt yoxdur.
Fevralın 18-də Dağıstanın Kizlyar şəhərində yerli sakin insanlara atəş açıb. Hadisə zamanı 4 nəfər ölüb, daha bir qadın isə xəstəxanada keçinib.
Faktla bağlı cinayət işi qaldırılıb.