İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb Ötən gün Kizlyar şəhərində atışma nəticəsində 5 nəfər ölüb
Region
19 Fevral , 2018 00:15
İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb

Bakı. 19 fevral. REPORT.AZ/ İŞİD terror təşkilatı fevralın 18-də Dağıstanın Kizlyar şəhərində baş vermiş silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Report” xəbər verir ki, bu barədə terrorçuların nəzarəti altında olan KİV-lərə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, terrorçuların əlində öz bəyanatlarını sübuta yetirəcək fakt yoxdur.

Fevralın 18-də Dağıstanın Kizlyar şəhərində yerli sakin insanlara atəş açıb. Hadisə zamanı 4 nəfər ölüb, daha bir qadın isə xəstəxanada keçinib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi