İsfahanda hərbi aviasiya təlimi keçirilir

İsfahanda hərbi aviasiya təlimi keçirilir Təlimdə qırıcı-bombardmançı təyyarələr, müxtəlif pilotsuz uçan aparatlar iştirak edir
Region
17 Oktyabr , 2016 20:51
İsfahanda hərbi aviasiya təlimi keçirilir

Bakı. 17 oktyabr. REPORT.AZ/ İranın Hərbi Hava Qüvvələri "Fədaiane-Xarim-e-Vilayeti" adı altında döyüş təlimi keçirir.

"Report" "Pars Today"ə istinadən xəbər verir ki, oktyabrın 17-də ölkənin İsfahan əyalətində başlayan təlim haqqında məlumatı İranın Hərbi Hava Qüvvələri əlaqələndirmə idarəsi rəisinin müavini, briqada generalı Əziz Nasirzadə bildirib.

Ümumiyyətlə, təlim 3 gün davam edəcək. Təlimdə qırıcı-bombardmançı təyyarələr, müxtəlif pilotsuz uçan aparatlar iştirak edir. 2016-cı ildə İranın Hərbi Hava Qüvvələrində 18 min, Hava Hücumundan Müdafiə sahəsidnə 12 min nəfər qulluq edir. Ölkədə 10-u qırıcı, 2-si nəqliyyat olmaqla 12 hərbi aviabaza mövcuddur. Hərbi Hava Qüvvələrinin tərkibində 25 döyüş eskadriliyası, 12 nəqliyyat vasitəsi, 2 helikopter, 10 rabitə və idarəetmə, 10 axtarış-xilasetmə dəstələri mövcuddur. 

Son xəbərlər

Orphus sistemi