İrkutskda alkoqol zəhərlənməsindən ölənlərin sayı 60 nəfərə çatıb

İrkutskda alkoqol zəhərlənməsindən ölənlərin sayı 60 nəfərə çatıb Kütləvi zəhərlənmə üzrə cinayət işi çərçivəsində 11 nəfər həbs olunub
Region
21 Dekabr , 2016 10:53
İrkutskda alkoqol zəhərlənməsindən ölənlərin sayı 60 nəfərə çatıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 60 nəfərə çatıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, zəhərlənmiş daha iki nəfər dünyasını dəyişib.

Vilayətin Səhiyyə Nazirliyindən verilən məlumata görə, hər iki mərhum evində keçinib, onların cəsədi morqa çatdırılıb.

40 nəfər hələ də xəstəxanadadır, 5 nəfər evə buraxılıb.

Kütləvi zəhərlənmə üzrə cinayət işi çərçivəsində 11 nəfər həbs olunub. Daha 100 nəfər isə şahid qismində dindirilib.

Xatırladaq ki, dekabrın 17-də İrkutskda və eyniadlı vilayətdə spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmələr qeydə alınıb. Yerli Səhiyyə Nazirliyi zəhərlənmələrə səbəb kimi vanna qəbulunda istifadə olunan mayenin etiketində etil spirti göstərilməsinə baxmayaraq, onun tərkibində metanol olmasını göstərib.

Son xəbərlər

Orphus sistemi