Yuxarı
    Bağlamaq

    ​İrəvanda polis ilə silahlı dəstə arasında atışma olub, 3 nəfər yaralanıb

    Daha iki nəfər polisə təslim olub

    Bakı. 27 iyul. REPORT.AZ/ İyulun 17-də polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstənin iki üzvü - Qaqik Yeqiazaryan və Aram Akopyan hüquq-mühafizə orqanlarına təslim olub.

    "Report" xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat katibi Aşot Aqaronyan məlumat verib.

    Onun sözlərinə görə, atışma baş verib, nəticədə 1 polis, həmçinin "Sasna tsrer" qruplaşmasının üzvləri Pavel Manukyan və oğlu Aram yaralanıb. Hər üç nəfər xəstəxanaya yerləşdirilib.

    "Hazırda atışma dayanıb, silahlı qrup üzvlərinin təhvil verilməsi prosesinin başa çatdırılması üçün danışıqlar aparılır", - deyə Aqaronyan bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi