Yuxarı
    Bağlamaq

    ​İrəvanda öldürülən türkiyəli jurnalist dəfn edilib

    Qaya Coşar hadisədən sonra 12 gün xəstəxanada müalicə olunsa da, yanvarın 7-də ölüb

    Bakı. 13 yanvar. REPORT.AZ/ Ermənistanda öldürülən türkiyəli jurnalst Qaya Coşar Türkiyənin Kütahya vilayətinin Simavi rayonunun Dəmirçiköy kəndində dəfn edilib.

    "Report" Türkiyənin "Bugün" saytına istinadən xəbər verir ki, dəfn mərasimində Simavi rayonunun meri Süleyman Özkan, Dəmirçiköy icmasının başçısı, qohumları, dostları və jurnalistlər iştirak edib.

    Xatırladaq ki, türkiyəli jurnalıst xanım Qaya Coşar 2014-cü ilin noyabrından Ermənistan - Türkiyə proqramlarından biri çərçivəsində İrəvanda işləməyə başlayıb. 2014-cü ilin dekabrında üstünə avtomobil sürülməsi nəticəsində öldürüldüyü haqda xəbər yayılıb. O, hadisədən sonra 12 gün xəstəxanada müalicə olunsa da, yanvarın 7-də ölüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi