​İraqda terrorçu PKK silahlıları və "peşmərgə" türkmən evlərinə hücum edir

​İraqda terrorçu PKK silahlıları və "peşmərgə" türkmən evlərinə hücum edir Güngör Yavuzaslan: "Atışmada terrorçuların ağır texnikadan da istifadə etdiyi bildirilir"
Region
27 Aprel , 2016 18:53
​İraqda terrorçu PKK silahlıları və peşmərgə türkmən evlərinə hücum edir

Bakı. 27 aprel. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının silahlıları İraqın şimalındakı kürd muxtariyyətinin "peşmərgə" adlı silahlı dəstəsinin yardımı ilə ölkənin Tuzhurmatu rayonunda türkmənlərin yaşadığı əraziyə hücum ediblər.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Birliyinin həmin bölgədəki sədri Güngör Yavuzaslan məlumat yayıb.

Onun sözlərinə görə, iki gün əvvəl başlayan terrorçuların iki əvvəl başladığı hücum aprelin 27-də də davam edib.

"Rayonda xalq könüllü özünümüdafiə dəstələri ilə "peşmərgə" arasında baş verən atışma nəticəsində çoxlu sayda insan həyatını itirib. Terrorçu PKK silahlıları ilə "peşmərgə"nin mülki türkmənlərin yaşadığı evlərə hücumunu əks etdirən fotolar da yayılıb.

Atışmada terrorçuların ağır texnikadan da istifadə etdiyi bildirilir", - deyə Güngör Yavuzaslan vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi