İraqda barələrində edam hökmü çıxarılan Fransa vətəndaşlarının sayı 6-ya çatıb

İraqda barələrində edam hökmü çıxarılan Fransa vətəndaşlarının sayı 6-ya çatıb İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransanın daha iki vətəndaşı barəsində edam hökmü çıxarıb.
Region
28 May , 2019 18:16
İraqda barələrində edam hökmü çıxarılan Fransa vətəndaşlarının sayı 6-ya çatıb

İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransanın daha iki vətəndaşı barəsində edam hökmü çıxarıb.

"Report"un Fransa bürosu xəbər verir ki, bunlar 33 yaşlı Brahim Nejara və 32 yaşlı Mərakeş əsilli Karam El Harçaouidir. Hər ikisi Suriyada saxlanlıb. 

Daha 6 fransalının isə mühakimə olunmaq üçün yaxın günlərdə Suriyadan İraqa göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, İraq məhkəməsi bundan əvvəl 4 Fransa vətəndaşı - Kevin Gonot, Leonard Lopez, Salim Machou və Mustafa Merzoughi barəsində qərar çıxarıb. Onlar bir ay ərzində qərardan şikayət edə bilərlər. 

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransa vətəndaşları barəsində ölüm hökmünün ləğvi üçün əlindən gələni edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi