Yuxarı
    Bağlamaq

    İraq Türkmən Cəbhəsinin rəhbəri sabah Türkiyəyə səfər edəcək

    Məqsəd İraqın şimalındakı kürd müxtar bölgəsinin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqilliklə bağlı referendum məsələsini müzakirə etməkdir

    Bakı. 14 sentyabr. REPORT.AZ/ İraq Türkmən Cəbhəsinin (İTC) rəhbəri Ərşad Salihi sabah Türkiyəyə səfər edəcək. 

    "Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd İraqın şimalındakı kürd müxtar bölgəsinin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqilliklə bağlı referendum məsələsini müzakirə etməkdir. 

    Ə.Salihi sentyabrın 15-də əvvəlcə Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın, ardınca da xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək. Onun Türkiyə XİN-dəki görüşlərində türkmənlərin həm referendum, həm də İraqda cərəyan edən digər hadisələrlə bağlı mövqeyini ortaya qoyacağı bildirilir. 

    İTC rəhbəri həmçinin Ankarada xarici ölkə səfirlərinin iştirak edəcəyi konfransa da qatılacaq. 

    Qeyd edək ki, Ə.Salihi bundan əvvəlki açıqlamalarında ərəblərlə birlikdə türkmənlərin də referendum qərarını tanımayacaqlarını və boykot edəcəklərini bildirib. O, Məsud Bərzaninin referendum keçirməkdə israr edəcəyi təqdirdə bunun İraqda vətəndaş müharibəsinə gətirib çıxaracağını da vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi