Deputat: "Qumda koronavirusdan 50 nəfər ölüb"

Deputat: "Qumda koronavirusdan 50 nəfər ölüb" İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani Səhiyyə Nazirliyini sərt tənqid edib.
Region
24 Fevral , 2020 13:14
Deputat: Qumda koronavirusdan 50 nəfər ölüb
google.az

İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani Səhiyyə Nazirliyini sərt tənqid edib.

“Report” İLNA xəbər agentliyinə istinadən xəbər verir ki, o, nazirliyi ölkədə tüğyan edən koronavirusa qarşı zəruri tədbirlər görməməkdə ittiham edib.

Deputat Qumda gündə 10 nəfərin koronavirusdan öldüyünü, son iki həftə ərzində isə 50 nəfərin bu infeksiyadan dünyasını dəyişdiyini bildirib.

Ə.Fərahani vurğulayıb ki, hazırda Qumda 250 nəfər karantin altındadır. 

İran Səhiyyə Nazirliyi isə ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi