Yuxarı

İranın Xəzər dəniz donanmasının hərbi gəmiləri Həştərxana gəlib

Gəmilər 2 gün sonra Bakıya yola düşəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ İranın Xəzər dəniz donanmasının 3 hərbi gəmisi bü gün səhər Həştərxan limanına gəlib. "Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, İran Hərbi Dəniz Qüvvələrinin Xəzər dəniz donanmasına aid olan "Cuşan" və "Peykan" adlı 2 raketli və qırıcı "Damavand" qayıqları dostluq səfəri çərçivəsində 2 gün ərzində Həştərxanda qalacaq. Ondan sonra gəmilər Azərbaycana - Bakı limanına istiqamət alacaq.

Eskadranın komandiri, kapitan Əhməd Reza Bakerinin daha öncə verdiyi açıqlamaya görə, "dostluq səfəri"nin əsas məqsədi donanmalar arasında əlaqələrin gücləndirilməsi və dənizçilərə təlim keçməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi