Yuxarı

İranın xarici işlər naziri məsləhətləşmək üçün Tehrana qayıdır

Con Kerri cümə günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Vyanada görüşüb

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ dövlət katibi İranın nüvə proqramı ilə bağlı görüşləri davam etdirir.

"Report" Amerikanın Səsi radiosuna istinadən xəbər verir ki, Con Kerri cümə günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Vyenada görüşüb. O, Avropa rəsmiləri ilə İranın nüvə proqramına dair müzakirələr üçün cümə günü Parisə qayıdıb.

Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, Kerrinin İranın xarici işlər naziri ilə görüşmək üçün yenidən Vyanaya qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.

İranın rəsmi xəbər agentliyinin məlumatına görə, xarici işlər naziri Zərifin dövlət nümayəndələrilə görüşmək üçün cümə günü İrana qayıdacağı gözlənilir.

Bazar ertəsinin danışıqların son günü olduğunu və hər iki tərəfin hələlik razılaşma əldə etməməsini nəzərə alarsaq, görüşlərin uzadılacağı ehtimal edilir.

Ancaq cümə axşamı Kerri bildirmişdi ki, müzakirələrin son tarixinin uzadılması nəzərdə tutulmur.

İran və dünyanın altı qüdrətli ölkəsi ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya bir ildir razılıq əldə olunması üçün səy göstərir. Razılığın əldə olunması İrana qarşı sanksiyaların azadılması ilə nəticələnə bilər.

ABŞ və onun müttəfiqləri İranın nüvə bombası istehsal etmək istədiyini iddia edir. İran isə nüvə proqramının dinc mahiyyət daşıdığını deyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi