İranın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək Səfər zamanı Məhəmməd Cavad Zərif Qatar böhranını müzakirə edəcək
Region
7 İyun , 2017 14:35
İranın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək

Bakı. 7 iyun. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkiyə paytaxtına səfər edəcək.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, səfər zamanı XİN başçısı Qətər böhranı ilə bağlı müzakirələr aparacaq.

İranın xarici işlər naziri həmçinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə digər regional məsələləri müzakirə edəcək.

Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib. Qətərin XİN başçısı Dohanın cavab tədbirləri atmayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi