İranın vitse-prezidenti Azərbaycana səfər edəcək

İranın vitse-prezidenti Azərbaycana səfər edəcək Səfər aprelin 2-dən 4-nə kimi davam edəcək
Region
19 Mart , 2015 04:15
İranın vitse-prezidenti Azərbaycana səfər edəcək

Bakı. 19 mart. REPORT.AZ/ İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sanayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər Azərbaycana səfər edəcək.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 2-dən 4-nə kimi davam edəcək səfər çərçivəsində İranın vitse-prezidenti Bakıda keçiriləcək “AİTF” Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak edəcək.

Məsud Soltanifərin rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi