Yuxarı

​İran prezidenti Türkiyəyə səfər edəcək

O, İslam Əməkdaşlıq Təşkilatının toplantısına da dəvət olunub

Bakı. 16 fevral. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani aprelin ortalarında Türkiyəyə rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, İslam Respublikasının hökumət başçısı həm də aprelin 10-15-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq üçün də dəvət olunub.

Həsən Ruhaninin Türkiyə səfəri çərçivəsində iki ölkə araındakı iqtisadi, sosial və mədəni əlaqələrin genişlənməsi, habelə Suriya və İraqdakı vəziyyətin müzakirə ediləcəyi də gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi