Prezident seçkisində Həsən Ruhaninin rəqibi olan şəxs İran məhkəməsinə rəhbərlik edəcək

Prezident seçkisində Həsən Ruhaninin rəqibi olan şəxs İran məhkəməsinə rəhbərlik edəcək Bakı. 18 fevral. REPORT.AZ/ “Astan-e Qüds Rəzəvi” Fondunun hazırkı rəhbəri İbrahim Rəisi İran Məhkəmə Sisteminin sədri təyin ediləcək.
Region
18 Fevral , 2019 16:19
Prezident seçkisində Həsən Ruhaninin rəqibi olan şəxs İran məhkəməsinə rəhbərlik edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ “Astan-e Qüds Rəzəvi” Fondunun hazırkı rəhbəri İbrahim Rəisi İran Məhkəmə Sisteminin sədri təyin ediləcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası parlamentinin Hüquq komitəsinin nümayəndəsi Həsən Novruzi deyib. 

Hazırda bu vəzifəni İran parlamentinin sədri Əli Laricaninin qardaşı Amoli Laricani tutur.

İbrahim Rəisi 2017-ci ildə keçirilən prezident seçkisində indiki Prezident Həsən Ruhaninin ən güclü rəqibi olub. O, ultrakonservator qüvvələrin nümayəndəsi sayılır. İranda bu siyasi xəttə “prinsipiallar” deyirlər.

Qeyd edək ki, “Astan-e Qüds Rəzəvi" ən çox ianə toplayan islam fondudur. İmam Rza məqbərəsinə bu fond nəzarət edir. Məşhəddəki mülklərin az qala yarısı, Xorasan-Rəzəvi əyalətinin mərkəzi Çenarandakı, Sarxas, Fariman və başqa şəhərlərdəki mülklərin isə çox hissəsinin fonda məxsus olduğu bildirilir. Bundan başqa, fondun mülkiyyətinə bütün İran üzrə müxtəlif şəhərlərdə kənd təsərrüfatı sahələri, meşələr, mağazalar, evlər, nəqliyyat vasitələri, zavodlar, xəstəxanalar, su kəmərləri və s. obyektləri var. 

Son xəbərlər

Orphus sistemi