Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gündən etibarən İranın nüvə proqramı üzrə saziş qüvvəyə minib.
“Report” xəbər verir ki, tərəflər oktyabrın 18-dən danışıqlarda əldə olunan razılaşmaların icrasına başlamalıdırlar.
Tehran min sentrifuqu müvəqqəti dayandırmalı, zənginləşdirilmiş uran ehtiyatlarının 95 faizini ləğv etməli, həmçinin nüvə reaktorunu təkmilləşdirməlidir.
ABŞ və Avropa, öz növbəsində sanksiyaların ləğvinə hazırlaşmalıdır. Məlumata görə, İrana qarşı məhdudlaşdırıcı tədbirlər Tehranın öz öhdəliklərinin icrasına başlamasından sonra aradan qaldırılacaq.