Bakı. 17 dekabr. REPORT.AZ/ İsveçrənin Cenevrə şəhərində İran və “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) nümayəndələrinin növbəti görüşü başa çatıb.
"Report"-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İranın nüvə proqramının əsas müzakirə predmeti olduğu görüş bağlı qapılar arasında 8 saat davam edib.
Fransa XİN-in təhlükəsizlik və siyasi məsələlər üzrə Baş direktoru Nikolya de Rivyer danışıqların "kifayət qədər isti mühitdə" keçdiyini bildirib.