Yuxarı

İranın keçmiş prezidentinin mühafizəçisi Suriyada öldürülüb

Abdullah Baqiri-Niyarekinin Həzrəti Zeynəbin türbəsini mühafizə etmək üçün Suriyaya getdiyi bildirilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın mühafizəçisi Abdullah Baqiri-Niyareki Suriyadakı döyüşlərdə həlak olub.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, prezidentliyi dövründə M.Əhmədinejadın cangüdəni olmuş Abdullah Baqiri-Niyareki Suriyanın Hələb şəhərində gedən döyüşdə ölüb.

Onun hansı şəraitdə öldürülməsi ilə bağlı ətraflı məlumat verilməsə də, Abdullah Baqiri-Niyarekinin Həzrəti Zeynəbin türbəsini mühafizə etmək üçün Suriyaya getdiyi bildirilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi