İranın iki bankı ölkənin əsas hərbi strukturu ilə əməkdaşlıqdan imtina edib

İranın iki bankı ölkənin əsas hərbi strukturu ilə əməkdaşlıqdan imtina edib Ölkə iqtisadiyyatının 30 faizinə bu hərbi quruluş nəzarət edir
Region
20 Oktyabr , 2016 13:04
İranın iki bankı ölkənin əsas hərbi strukturu ilə əməkdaşlıqdan imtina edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ İranın iki böyük bankı - "Mellat" və "Sepah" İslam İnqilabı Keşikçiləri Qvardiyasına məxsus şirkətlərlə əməkdaşlıqdan imtina edib.

"Report" "Newsru"ya istinadən xəbər verir ki, bu bankların müəyyən payına hökumət nəzarət edir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri İranın əsas güc strukturudur və ölkə iqtisadiyyatının 30 faizinə nəzarət etdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi