Yuxarı
    Bağlamaq

    ​İran Hərbi Dəniz Qüvvələri irimiqyaslı təlimlər keçirəcək

    Təlimlərdə raket daşıyan, nəqliyyat gəmiləri, xilasedici birliklər və başqaları iştirak edəcək

    Bakı. 26 yanvar. REPORT.AZ/ İran Hərbi Dəniz Qüvvələri yanvarın 27-də "Velayət-94" adı altında təlimlərə başlayacaq.

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, hərbi təlim Hörmüz boğazında, Oman dənizində və Hind okeanında keçiriləcək.

    Məlumata görə, təlimlərdə raket daşıyan, nəqliyyat gəmiləri, xilasedici birliklər və s. iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi