İranın Gülüstan əyalətində 3 günlük matəm elan olunub

İranın Gülüstan əyalətində 3 günlük matəm elan olunub Kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb
Region
4 May , 2017 10:23
İranın Gülüstan əyalətində 3 günlük matəm elan olunub

Bakı. 4 may. REPORT.AZ/ İranın Gülüstan əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində ölənlərinə xatirəsinə bölgədə 3 günlük matəm elan olunub.

“Report” xəbər verur ki, bu haqda yerli KİV məlumat yayıb.

Qeyd edək ki, mayın 3-də Gülüstan əyalətinin Azadşəhr rayonunun Zemistan Yurt daş kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb. Təcili Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd bildirib ki, dağıntılar altında 90 nəfər qalıb və onlardan 28-i xilas edilərək xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, bu mədən əyalətin mərkəzi Qorqan şəhərindən 90 km. şərqdə yerləşir. Bu bölgənin əhalisi əsasən türkmənlərdən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi