​İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib

​İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib Şuranın iclasda iştrak edən 86 üzvündən 51-i Ayətullah Əhməd Cənnətinin lehinə səs verib
Region
24 May , 2016 14:09
​İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib

Bakı. 24 may. REPORT.AZ/ İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, şuranın iclasda iştirak edən 86 üzvündən 51-i Ayətullah Əhməd Cənnətinin lehinə səs verib.

Mayın 24-də Tehranda Dini Ekspertlər Şurası (Məclis-e- Şuraye- Xübreqan) 5-ci çağırışının birinci iclası keçirilib. Şuranın indiki tərkibi bu ilin fevralın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində formalaşıb. Şuranın 88 üzvü var. Onlar İranın tanınmış və nüfuzlu din xadimləri sayılırlar.

Şuraya seçkilər 8 ildən bir keçirildiyindən yeni tərkibin səlahiyyət müddəti də 2024-cü ildə başa çatacaq.

Xatırladaq ki, ölkə konstitusiyasına əsasən şura ölkənin ali rəhbərini seçir. İndi bu vəzifəni ayətullah Seyid Əli Xamenei tutur.

Son xəbərlər

Orphus sistemi