Yuxarı

​İranın atom problemi İstanbulda müzakirə ediləcək

İranlı diplomat danışıqların dolaşıq deyil, konstruktiv keçdiyini bildirib

Bakı. 26 yanvar. REPORT.AZ/ İranın atom-nüvə problemi üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrinin təmsilçiləri ilə İslam Respublikasının nümayəndəsi arasında danışıqların növbəti mərhələsi yanvarın 29-da İstanbulda keçiriləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib.

Xatırladaq ki, o, ötən gün Sürixdə ABŞ və Avropa İttifaqının təmsilçiləri ilə görüşüb. İranlı diplomat bu danışıqların "dolaşıq" deyil, "konstruktiv" keçdiyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi