İranın ali rəhbəri Silahlı Qüvvələrdə yeni təyinatlar edib

İranın ali rəhbəri Silahlı Qüvvələrdə yeni təyinatlar edib Xamənei Silahlı Qüvvələrdə yeni təyinatlar edib
Region
17 May , 2019 12:19
İranın ali rəhbəri Silahlı Qüvvələrdə yeni təyinatlar edib

İranın ali rəhbəri, Silahlı Qüvvələrin ali baş komandanı ayətullah Seyid Əli Xamənei İslam İnqilabı Keşikçiləri Qvardiyasında yeni təyinatlarla bağlı qərar imzalayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, kontr-admiral Əli Fədəvini İnqilab Keşikçiləri Qvardiyasının baş komandanının birinci müavini (canişin), bəsiclərin (qvardiyanın əsas kadr bazası, yarımhərbi, könüllü qurum) başçısı briqada generalı Məhəmmdrza Nəqdini isə qvardiyanın koordinatoru təyin edilib. 

Qeyd edək ki, Əli Fədəvi 1961-ci ildə İsfahan əyalətinin Ərdestan bölgəsində anadan olub. İran-İraq müharibəsində iştirak edib. Ə.Fədəvi İslam İnqilab Keşikçiləri Qvardiyasının başqa komandirləri ilə birlikdə 2016-cı il yanvarın 12-də Körfəzdə ABŞ Hərbi Dəniz Donanmasının dənizçilərini tutduqları üçün “Fəth” medalı ilə təltif olunub. 2010-cu ilin mayından 2018-ci ilin avqustunadək İran Hərbi Dəniz Donanmasının baş komandanı olub.

Məhəmmdrza Nəqədi 1953-cü ildə İraqın Nəcəf şəhərində anadan olub. 1980-ci ildə İraqın keçmiş prezidenti Səddam Hüseyn iranlıları ölkəsindən çıxararkən ailəsi ilə birlikdə İrana sığınıb. O, İranda bəsiclər dəstəsinə yazılıb. Livan müharibəsində iştirak edib. Bu ölkədəki “Hizbullah” qruplaşması ilə sıx əlaqədə olub. Bir müddət kəşfiyyat orqanlarında müxtəlif vəzifələrdə işləyib. O, S.Ə.Xaməneiyə ən sadiq adamlardan sayılır. 1999-cu ildə tələbələrin etiraz aksiyasının yatırılmasında başlıca rol oynayıb. 2000-ci ildə həmin hadisələri xatırladaq çıxışında bildirib ki, ayətullah Seyid Əli Xaməneini təhqir edənləri “ilahi göstərişi yerinə yetirərək” zəhərləyər. Onun adı İranda vətəndaş azadlıqlarını kobud pozanlar siyahısındadır. 2005-cildə Nəqdi Mal və valyuta qaçaqmalçılığına qarşı mübarizə Baş Qərargahının rəisi təyin olunub. S.Ə.Xamənei 2009-cu il oktyabrın 4-də onu bəsicilərin komandanı təyin edib.

Son xəbərlər

Orphus sistemi