İranın ali rəhbəri ölkədə korrupsiya faktlarının olduğunu etiraf edib

İranın ali rəhbəri ölkədə korrupsiya faktlarının olduğunu etiraf edib Bakı. 27 iyun. REPORT.AZ/ “İran Məhkəmə Hakimiyyəti vətəndaşların iqtisadi təhlükəsizliyini pozanlara qarşı mübarizədə hökuməti dəstəkləməlidir”.
Region
27 İyun , 2018 17:23
İranın ali rəhbəri ölkədə korrupsiya faktlarının olduğunu etiraf edib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ “İran Məhkəmə Hakimiyyəti vətəndaşların iqtisadi təhlükəsizliyini pozanlara qarşı mübarizədə hökuməti dəstəkləməlidir”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının ali rəhbəri, ayətullah Seyid Əli Xamənei İran Məhkəmə Hakimiyyətinin sədri Sadiq Laricani və qurumun əməkdaşları ilə görüşdə ölkədəki vəziyyəti dəyərləndirərkən vurğulayıb.

“Çətinlikləri dəf etmək üçün etimad mühiti yaradılmalıdır. Bu gün İran Məhkəmə Hakimiyyəti xarici düşmənlərin, daxildəki qəflətə qapılmışların ən sərt təbliğat və media hücumlarına məruz qalır”, - o bildirib.

Ayətullah Xaməneinin sözlərinə görə, İran Məhkəmə Hakimiyyəti zalım və təcavüzkar olaraq tanıtdırılır. O, xalqın etimadının qazanılmasında kütləvi informasiya vasitələrinin zəif təbliğat apamasına da işarə edib.

İranın ali rəhbəri İslam Respublikasının bəzi dövlət orqanları, ictimai dairələr və məşğulluq yerlərində korrupsiyanın mövcudluğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi