Yuxarı

İranın ali dini rəhbəri: "Avropa dövlətlərinin bir "zəif nöqtəsi" var"

Xamenei terrorizmi çox təhlükəli və yolxucu xəstəlik adlandırıb

Bakı. 8 fevral. REPORT.AZ/ İranın ali dini rəhbəri ayətullah Əli Xamenei hesab edib ki, Avropa dövlətlərinin bir "zəif nöqtəsi" var.

"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, Yunanıstanın baş naziri Aleksis Tsiprası Tehranda qəbul edən ayətullah Əli Xamenei bildirib ki, "Avropa dövlətləri öz iradələri ilə hərəkət etmir".

"Bütün Avropa dövlətləri ABŞ-ın təzyiqi altındadır və onların öz iradəsi yoxdur", deyən İranın ali dini rəhbəri, avropalı siyasətçilərin bu "zəif nöqtəyə" diqqət yetirməli olduğunu vurğulayıb.

Suriyadaki vəziyyəti də şərh edən Xamenei terrorizmi "çox təhlükəli və yolxucu xəstəlik" adlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi