Gürcüstan İrandan təxliyə olunan vətəndaşlarını karantinə aldı

Gürcüstan İrandan təxliyə olunan vətəndaşlarını karantinə aldı Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İrandan təxliyə olunan ölkə vətəndaşları ilə bağlı məlumat verib.
Region
5 mart 2020 09:21
Gürcüstan İrandan təxliyə olunan vətəndaşlarını karantinə aldı

Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İrandan təxliyə olunan ölkə vətəndaşları ilə bağlı məlumat verib.

“Report”un yerli bürosu xəbər verir ki, o, həmin şəxslərin karantinə alındığını bildirib.

A.Xvtisiaşvili deyib ki, Gürcüstan vətəndaşları ilə Azərbaycanla sərhəddə görüş keçirilib: “Həmin şəxslər müvafiq yoxlamalardan keçirilib və xüsusi nəqliyyat vasitəsilə karantin zonası yaradılan tibbi müəssisəyə çatdırılıb”.

Qeyd edək ki, hazırda Gürcüstanda 4, Azərbaycanda isə 3 koronavirusa yoluxma halı mövcuddur. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 84 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 600-ə çatıb. Bunların 53 695 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi