Yuxarı

​İranda "Washington Post"un jurnalistinə hökm oxunub

Ceyson Rızayan casusluqda ittiham olunub

Bakı. 11 oktyabr. REPORT.AZ/ İran məhkəməsi Amerikanın "The Washington Post" qəzetinin müxbiri Ceyson Rızayan barəsində hökm çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Tehranda keçirilən mətbuat konfransında İran İslam Respublikasının baş prokuroru Qulamhüseyn Möhsün Eceyi məlumat verib.

Ceyson Rızayanın ABŞ-ın xeyrinə casusluqda ittiham olunduğunu bildirən baş prokuror, qərarın 20 gün ərzində qüvvəyə minəcəyini qeyd edib. O, jurnalistin neçə il müddətinə azadlıqdan məhrum edildiyi barədə məlumat verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi