İranda terror aktı törədilib, ölən və yaralananlar var

İranda terror aktı törədilib, ölən və yaralananlar var Bakı. 2 fevral. REPORT.AZ/ İranın cənub-şərqində terror aktı törədilib.
Region
2 Fevral , 2019 11:00
İranda terror aktı törədilib, ölən və yaralananlar var

Bakı. 2 fevral. REPORT.AZ/ İranın cənub-şərqində terror aktı törədilib. 

“Report” İran KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərində qeydə alınıb. 

Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli qərargahına silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər də yaralanıb.

Hücumun məsuliyyətini “Ceyş-ül Ədl” (“Ədalət Ordusu”) adlı terror təşkilatı öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi