Bakı. 8 oktyabr. REPORT.AZ/ Avropa üçün nəzərdə tutulan 1,075 ton həcmində heroin partiyası İranın təhlükəsizlik qüvvələri tərəfindən Qərbi Azərbaycan ostanında saxlanılıb.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, İran İslam Respublikası Gömrük Administrasiyası (IRICA) və Kəşfiyyat Nazirliyinin əməkdaşlarının Bazargan bölgəsində keçirdiyi əməliyyat zamanı gips panellərdə gizlədilən heroin aşkarlanıb.
Əməliyyat zamanı bir neçə qaçaqmalçı həbs edilib.
Qeyd olunur ki, bu, ölkədə son illərin ələ keçirilən ən böyük heroin partiyasıdır.