Yuxarı

​İranda qadın rəssam 12 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

Atina Fərxadaninin ailəsi və vəkili məhkəmənin qərarından şikayət edəcəklərini bildiriblər

Bakı. 3 iyun. REPORT.AZ/ İran məhkəməsi 28 yaşlı Atena Fərhadani adlı rəssamı 12 il 9 ay müddətinə azadlıqdan məhrum edib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

O, İran İslam Məclisi (parlamenti) üzvlərinin karikaturalarını müxtəlif heyvanlara oxşdaraq çəkirmiş.

Məlumatda bildirilib ki, rəssam bu yolla öz etirazını ifadə edimiş.

Rəssam "parlament üzvlərini təhqir etməkdə" və İrandakı mövcud "idarəetmə sisteminə qarşı təbliğat aparmaqda" ittiham olunub.

Xəbərə əsasən, bu əməllərə görə, cəza müddəti 7,5 ildən artıq ola bilməz. Atina Fərxadaninin ailəsi və vəkili məhkəmənin qərarından şikayət edəcəklərini bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi