İranda ordu və polis dövlət sərhədini birlikdə qoruyacaq

İranda ordu və polis dövlət sərhədini birlikdə qoruyacaq “Müdafiə Nazirliyi polisə pilotsuz uçan aparat, radar və hərbi optik texnika təqdim edəcək”
Region
18 Sentyabr , 2017 16:07
İranda ordu və polis dövlət sərhədini birlikdə qoruyacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ İran sərhədboyu təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə ordu və polisin birgə komitəsini yaradacaq.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Əmir Xatəmi bildirib.

Müdafiə Nazirliyi polisə pilotsuz uçan aparat, radar və hərbi optik texnika təqdim edəcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, İran 7 dövlətlə sərhəddir. Şimaldan, cənub-qərbdən və cənubdan dənizə çıxışı var. Sərhədlərinin ümumi uzunluğu 8 min km-dir, bunun üçdə biri dəniz sərhədləridir. Azərbaycan Respublikası ilə sərhədinin uzunluğu 611 km-dir. 

Son xəbərlər

Orphus sistemi