İranda havanın temperatur rekordu qeydə alınıb

İranda havanın temperatur rekordu qeydə alınıb İranın Əhvaz şəhərində hava 53,7° C-yə çatıb
Region
30 İyun , 2017 16:52
İranda havanın temperatur rekordu qeydə alınıb
dailymail.co.uk

Bakı. 30 iyun. REPORT.AZ/ İranda iyunun 29-da temperatur rekordu qeydə alınıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, hava 53,7° C-yə qədər qızıb və bu, ölkə üçün mütləq rekord olub.

Belə qızmar temperatur ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərində qeydə alınıb.

"Meteo France" xidmətinin meteoroloqu Etyen Kapikyanın sözlərinə görə, bu, həm də iyun ayında Asiyada qeydə alınan ən yüksək tempraturdur.

"USA Today"in informasiyasına görə, havanın rütubətliliyini nəzərə almaqla Əhvazda temperatur daha yüksək - 61,1° C olub.

Qeyd edək ki, İranda əvvəlki temperatur rekordu 53° C təşkil edib.

Son xəbərlər

Orphus sistemi