​İranda etiraz aksiyasında 2 nəfər ölüb, yaralananlar var

​İranda etiraz aksiyasında 2 nəfər ölüb, yaralananlar var Qərbi Azərbaycanın Mahabad şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edilib
Region
9 May , 2015 10:03
​İranda etiraz aksiyasında 2 nəfər ölüb, yaralananlar var

Bakı. 9 may. REPORT.AZ/ İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində (keçmiş adı Savucbulaq, Soyuqbulaqdır) 23 yaşlı gənc qadın Fərinaz Xoşrəvaninin ölümü ilə bağlı keçirilən etiraz akisiyaları nətcəsində iki aksiya iştirakçısı həlak olub, 27 nəfər isə yaralanıb. "Report" xəbər verir ki, bu haqda İran KİV məlumat yayıb.

Xəbərdə bildirilib ki, polislə aksiyaçılar arasında qarşıdurma yaranıb və nəticədə iki aksiyaçı ölüb, 27-si yaralanıb. Şəhərdə fövqəladə vəziyyət elan olunub. 

Məlumata əsasən, aksiyaya güc tətbiqi haqda əmri İran prezidenti Həsən Ruhani verib və etirazlar genişləndiyi üçün o, güc qurumlarına geri çəkilməyi tapşırıb.

Xatırladaq ki, İranın Mahabad şəhərindəki "Tarai" mehmanxanasının 23 yaşlı qadın xidmətçisi Fərinaz Xoşrəvaniyə təhlükəsizlik orqanlarından birinin əməkdaşı təcavüz etmək istəyib. Hotelin sahibinin baş verənlərə göz yumması qarşılığında məmur onun mehmanxanasına 5-ci ulduzu verəcəyini vəd edib. Məlumata görə, hakimiyyət təmsilçisinin zorakılığından qurtulan qadın mehmanxananın 4-cü mərtəbəsindən özünü ataraq, aldığı xəsarətdən yerindəcə ölüb.

Baş verənləri şəhər valisi Cəfər Kətani də təsdiqləyib. Şübhəli şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi