İranda etiraz aksiyaları zaman 25 nəfər ölüb, 400 mitinqçi saxlanılıb

İranda etiraz aksiyaları zaman 25 nəfər ölüb, 400 mitinqçi saxlanılıb Vətəndaşlar ərzaq qiymətlərinin qalxmasına və korrupsiyaya qarşı çıxış ediblər
Region
14 Yanvar , 2018 16:07
İranda etiraz aksiyaları zaman 25 nəfər ölüb, 400 mitinqçi saxlanılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Tehran bu yaxınlarda İranda keçirilmiş etiraz aksiyaları zamanı 25 nəfərin öldüyünü, daha 400 etirazçının isə saxlanıldığını xəbər verib.

“Report”un RİA "Novosti"yə istinadən məlumata görə, bu barədə ölkənin məhkəmə hakimiyyəti bazar günü xəbər yayıb.

Etiraz aksiyaları ötən ilin dekabr ayının 28-dən başlayaraq Tehran, Məşhəd, İsfahan və Rəşt kimi iri şəhərlərdə keçirilib.

Bildirilir ki, vətəndaşlar ərzaq qiymətlərinin qalxması və korrupsiyaya qarşı çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi