Yuxarı

​İranın Dini Ekspertlər Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi başlayıb

Şura və parlament seçkiləri eyni gündə keçiriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ İranın Dini Ekspertlər Şurasına (Xübreqan Məclisi) 5-ci çağırış seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi başlayıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, namizədlərin irəli sürülməsi prosesi dekabrın 23-dək davam edəcək.

Xəbərə əsasən, şura və parlament seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.

Xatırladaq ki, Dini Ekspertlər Şurası İranın ali rəhbərini (indi bu vəzifəni ayətullah Seyid Əli Xamənei tutur) seçir. Şuranın 86 üzvü ümumxalq səsverməsi yolu ilə seçilir. Hazırda qurumun sədri Məhəmməd Yəzdidir. O bu vəzifəyə 2015-ci il martın 10-da seçilib. M.Yəzdi Qum Elmi Mərkəzi Müəllimlər Cəmiyyətinin sədri və şura sədrinin müavini vəzifələrində çalışıb. O, 1931-ci ildə andan olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi