Yuxarı

İranda daşqın nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşüb - VİDEO

Daşqından 12 vilayətdə 126 şəhər zərər çəkib

Bakı. 16 aprel. REPORT.AZ/ İranın mərkəzi vilayətlərində müşahidə olunan daşqınlar nəticəsində ən azı 4 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Bu barədə "Report" IRNA-ya istinadən xəbər verir.

Bir neçə gün ərzində arası kəsilməyən leysan yağışları səbəbindən çaylarda suyun səviyyəsi artaraq, damba və yolları yuyub dağıdıb. Ümumilikdə 12 vilayətdə 126 şəhərə ziyan dəyib. Hazırda orada xilasetmə və bərpa işləri aparılır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi