İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb - YENİLƏNİB-4

İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb - YENİLƏNİB-4 Bakı. 22 iyul. REPORT.AZ/ İranın qərbindəki Kermanşah vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb.
Region
22 İyul , 2018 22:35

Bakı. 22 iyul. REPORT.AZ/  İranın qərbindəki Kermanşah vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu "Tasnim" agentliyi vilayətin qubernatoruna istinadən məlumat yayıb.

"Zəlzələ zamanı 287 nəfər xəsarət alıb. Yeraltı təkanlardan 43 kənd ziyan çəkib. 101 bina tamam dağılıb", - deyə qubernator Huşand Bazvand bildirib. 

O, həmçinin əlavə edib ki, vilayətin kənd və şəhərlərində 800 bina qismən ziyan dağılıb. Hazırda təmir işləri aparılır. 


***21:01

İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 146 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinə istinadən məlumat yayıb. 

İdarənin rəhbəri Pir Hüseyn Kolivand bildirib ki, zəlzələ zamanı xəsarət alanlardan 21-i xəstəxanalara yerləşdirilib. 

Daha əvvəl bildirilirdi ki, təbii hadisə zamanı 128 nəfər xəsarət alıb. 


***18:11

İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, təbii hadisə zamanı 128 nəfər xəsarət alıb. 


***17:10

İranda növbəti dəfə zəlzələ baş verib.

"Report" xəbər verir ki, İranın qərbindəki Kirmanşah əyalətində qeydə alınan zəlzələ 5,9 bal gücündə olub. 

Nəticədə 26 nəfər xəsarət alıb.


*** 12:54

Bakı. 22 iyul. REPORT.AZ/ İranın cənubunda ayrı ayrı vaxtlarda 4,7 və 5,7 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "IRNA" agentliyi Tehranın Geofizika Universitetinin Seysmoloji Mərkəzi İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Hörmüzqan vilayətində qeydə alınıb. Zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Zəlzələ zamanı dağıntıların olması və xəsarət alanların sayı barədə hələki dəqiq məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi