İranda 5,4 bal gücündə zəlzələ olub

İranda 5,4 bal gücündə zəlzələ olub Təbii fəlakət Kirman əyalətinin Sireç kəndində qeydə alınıb
Region
23 İyul , 2017 23:19
İranda 5,4 bal gücündə zəlzələ olub

Bakı. 23 iyul. REPORT.AZ/ İranın Kirman əyalətinin Sireç kəndində 5,4 bal gücündə zəlzələ baş verib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22.02-də baş verən zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələnin vurduğu ziyanla bağlı, hələ ki, açıqlama verilmir.

Son xəbərlər

Orphus sistemi